Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:11

-

«Bu il Avropa İttifaqının (Aİ) Azərbaycanla əməkdaşlığında prioritet sahələrdən biri təhsil sahəsi olacaq». APA xəbəri Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard-a isnadən yayıb.

M.Mard bildirib ki, Avropa İttifaqının Azərbaycan Təhsil Nazirliyi ilə 19 milyon avroluq layihəsi mövcuddur. 3 il davam edəcək layihədə əsas diqqət peşə təlimi təhsilinə veriləcək:

«Avropa İttifaqı təhsilin ölkənin gələcək inkişafı baxımından vacib olması fikrini bölüşür. Ali təhsil sahəsində «Twinning» layihəsinin icrasına başlamışıq. Məqsəd Azərbaycan təhsilini Avropa ali təhsilinə uyğunlaşdırmaqdır. Təhsil sahəsində digər təşəbbüslərin də olması gözlənilir»-deyə M.Mard qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG