Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

-

«Binəqədi, Xətai, Xəzər, Nizami, Səbail, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz rayonlarının polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub».

Azərbaycan Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov «Azərbaycan» qəzetindəki məqaləsində bunu deyir.

O qeyd edib ki, prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6.4 faiz azalıb. Ancaq Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad və Salyan prokurorluqlarının fəaliyyəti barədə müraciətlər artıb. Məhkəmə orqanları və hakimlərin fəaliyyəti ilə bağlı şikayətlərin təhlili də maraqlıdır. Şöbə müdiri göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami Tərtər və Zərdab rayonlarının adı çəkilir.

Məqalədə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının və inzibati ərazi dairələri üzrə nümayəndələrinin fəaliyyətinə də toxunulur. Qeyd edilir ki, onlara bu qurumlardan da şikayətlər gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG