Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:46

-

Rusiya Mərkəzi Bankı hökumətin büdcə defisitini bağlaması üçün rublun devalvasiyasına qarşı olmamasına dair məlumatları yalan adlandırıb.

Hökumət neft gəlirini dollarla aldığından, rublun ucuzlaşması dövlət büdcəsinə gəlir gətirər. Reuters Kremlin rublu devalvasiya strategiyasını nəzərdən keçirdiyini yazıb.

Ancaq Mərkəzi bankın rəhbəri Elvira Nabiullina bu məlumatı “səfehlik” adlandırıb.

“Üzən məzənnəyə keçmişik və məzənnə siyasətimiz də hamıya bəllidir”, o deyib və əlavə edib ki, büdcə məqsədləri ilə valyutayla manipulyasiya etməyin “böyük mənfi nəticələri” ola bilər.

Nabiullina, əksinə, rublu gücləndirməkdən ötrü faiz dərəcəsinin artırılmasının nəzərdən keçirildiyini vurğulayıb.

Fevralın 11-də 1 ABŞ dolları 80.64 rubla, avro isə 91.48 rubla bərabərləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG