Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Lənkəranda müxalifət liderləri azadlıqdadır


Lənkəran müxalifətçiləri
Lənkəran müxalifətçiləri

-

Fevralın 11-də gecə saatlarında Müsavat və AXCP Lənkəran təşkilatlarının sədrləri-İmamverdi Əliyevlə Nazim Həsənli azadlığa çıxıblar.

Bu barədə məlumatı Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Fərzulla öz Facebook səhifəsində bölüşüb.

Yada salaq ki, hər iki şəxs Lənkəran rayon Liman şəhərində baş verən etiraz aksiyasından sonra saxlanaraq 30 sutka həbs cəzası almışdılar.

Liman şəhərində yanvarın 12-də yüzlərlə insan qiymətlərin bahalaşmasına və işsizliyə etiraz aksiyası keçirmişdi.

XS
SM
MD
LG