Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:09

Biden-dən Poroshenko-ya çağırış


Petro Poroshenko (sağda) və Joe Biden (arxiv fotosu)

Petro Poroshenko (sağda) və Joe Biden (arxiv fotosu)

-

ABŞ-ın vitse-prezidenti Joe Biden Ukrayna Prezidenti Petro Poroshenko-ya çağırış edib ki, vahid hökumət qursun və Qərbin istədiyi islahatları həyata keçirsin.

Ağ evin məlumatına görə, iki lider bu məsələni fevralın 11-də telefon söhbətində müzakirə ediblər. Ötən həftə iqtisadiyyat naziri Aivaras Abromavicius-un istefasından sonra ölkədə siyasi böhran yaranıb. Litvalı nazir hökumət daxilindəki korrupsiyanı əsas gətirib.

Bu söhbətdən bir gün öncə isə Poroshenko Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde ilə söhbətində onu əmin edib ki, iqtisadi islahatlar və korrupsiyanın kəsilməsi işinə sadiq qalır.

Biden və Poroshenko ölkənin şərqində zorakılıqların artmasını, təhlükəsizlik durumunun pisləşməsini də müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG