Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:37

-

Ukraynanın Krım yarımadasındakı Rusiya hakimiyyəti azı 9 tatarı saxlanıb. Onların evlərində reyd aparılıb və dördü Hizb ut-Tahrir təşkilatına üzv olmaqda ittiham edilib. Bu sünni təşkilatı Orta Asiya və Rusiyada qadağan edilib.

Fevralın 11-də Yalta və Baxçasaray şəhərlərində 12 tatarın evində axtarış aparılıb.

Məlumatlara görə, həmin şəxslərdən bəziləri bu yaxınlarda Krımda olmuş Avropa Şurası (AŞ) nümayəndə heyəti ilə görüşübmüş. AŞ Krımda insan haqlarının durumunu araşdırır.

Krımda insan haqları fəalı Emil Kurbedinov Rusiya FSB-ni tatarlara qarşı yeni “terror ittihamları” hazırlamaqda ittiham edib.

Rusiya Krımı 2014-cü ilin martında ilhaq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG