Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:36

“Bakıyla Ankara birgə sərmayə qoya bilər”


Recep Tayyip Erdogan (solda) və İlham Əliyev (arxiv fotosu)

Recep Tayyip Erdogan (solda) və İlham Əliyev (arxiv fotosu)

-

“Azərbaycan müstəqillik qazandığı ilk gündən regionda Türkiyənin vacib tərəfdaşıdır”. Bunu “Trend” informasiya agentliyinə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

O, Türkiyənin Azərbaycana etibar etdiyi və güvəndyini nəzərə çatdırıb.
Diplomat bildirib ki, Azərbaycan və Türkiyənin böyük potensialı var: "Türkiyə və Azərbaycanın potensialı heç bir ölkəyə qarşı yönəlməyib" deyə səfir qeyd edib.

Səfirin sözlərinə görə, iki ölkə arasında əlaqələr elə səviyyədədir ki, Bakı və Ankara üçüncü ölkəyə birlikdə sərmayə qoya bilər. Bu da iki ölkənin qloballaşan dünyada necə hərəkət edə biləcəyinin bariz nümunəsidir. İ.A.Coşqun Azərbaycan və Türkiyəni Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Türkiyə-Azərbaycan-Türkmənistan kimi üçtərəfli formatların mərkəzləri adlandırıb.

O, əlavə edib ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı iki dövlət başçısının energetika, nəqliyyat, iqtisadiyyat və regional məsələləri müzakirə edəcəyi gözlənilir. Səfirin sözlərinə əsasən, hərbi, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafı kimi məsələlərin müzakirəsi də gündəlikdədir.

Qeyd edək ki, Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın fevralın 18-də Azərbaycana səfər edəcəyi gözlənilir. Səfər zamanı Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək

Günün bütün mövzuları

XS
SM
MD
LG