Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:59

Dəqiq elmlərə maraq artır


-

Azərbaycanda dəqiq elmlər üzrə doktoranturaya qəbul olmaq istəyənlərin sayı çoxalıb. Bunu “Trend” informasiya agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov deyib.

Ə.Sadıqov qeyd edib ki, əvvəlki illərdə humanitar ixtisaslara maraq göstərənlərin sayı daha çox idi:

“Amma ildən-ilə bu fərq azalır. Görünür, bu əmək bazarının tələbatı ilə bağlıdır. Çünki dəqiq elmlər üzrə elmi iş müdafiə edənlər əmək bazarında özlərinə daha asan iş tapırlar. Ona görə son illərdə dəqiq elmlərə göstərilən maraqda artım tendensiyası müşahidə edilir”.

Bu il AMEA-da doktoranturaya qəbul imtahanlarının testlə keçirildiyini, xarici dil bilikləri üzrə tələblərin sərtləşdirildiyini xatırladan Ə.Sadıqov əlavə edib ki, ümumilikdə bu il qəbula maraq çox yaxşı olub.

Ə.Sadıqov qeyd edib ki, bu il ən hazırlıqlı namizədlər doktoranturaya sənəd veriblər: "Bu il 30-40 nəfər doktoranturaya qəbulda xarici dil fənni üzrə yüksək nəticə göstərib. Biz heç özümüz inamlı deyildik ki, bu nəticəni 1 ildə əldə edə bilərik. Fikirləşirdik ki, 3-4 ilə bu nəticəni əldə edə bilərik, amma görünür, gənclərimizin potensialı yüksəkdir. Sadəcə olaraq, onlar üçün imtahanları ədalətli, şəffaf keçirmək kifayətdir ki, onlar biliyin yeganə meyar olduğuna əmin olsunlar”.

Ə.Sadıqov hazırda doktoranturaya qəbulun nəticələrinin təsdiqi üçün AMEA-nın Rəyasət Heyətində dinləmələrin keçirildiyini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG