Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:50

-

Xaçmaz rayonunda intihar faktı qeydə alınıb. Xaçmaz rayonu, Maqsudkənd sakini Şahid Şahbazov özünü öldürüb. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. İntiharın səbəbləri araşdırılır.

“APA” informasiya agentliyi xəbər verir ki, faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Yada salaq ki, iki gün əvvəl isə Bakının Zirə qəsəbəsində intihar hadisəsi baş vermişdi. 23 yaşlı Taleh Ömərli özünü yandırmışdı. Mərhumun 2 yaşlı körpəsinin xəstə olduğu, bu ailənin maddi problemlər yaşadığı bildirilirdi.

Təkcə fevralın 10 günü ərzində Azərbaycanda 12 intihar faktı qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG