Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:22

NATO ölkələri “İslam Dövləti” qrupu ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya hərbi təyyarələr vermək razılığına gəliblər.

Söhbət radiolokasiya avadanlıqları ilə təhciz olunmuş “AWACS” təyyarələrindən gedir.

Bunu fevralın 11-də Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Brüssel görüşüşündə NATO-nun baş katibi Jens Stoltenberg bəyan edib.

Baş katib bunun koalisiyanın gücünü artıracağını bildirib.

Qeyd edək ki, NATO həmçinin fevralın 11-də insan qaçaqçılığı və qanunsuz miqrantlara qarşı mübarizəyə qoşulmaq qərarına gəlib.

Söhbət Egey dənizinə gəmilər göndərmək, patrul xidmətindən gedir.

Qərar Almaniya, Türkiyə və Yunanıstanın sorğusu əsasında qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG