Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:35

-

“Qam Ğan oğlu Xan Bayandır yerindən durmuşdur. Qara yerin üstünə ağ ban evin tikdirmişdi.. Bin yerdə ipək xalçası döşənmişdi...”

Azərbaycan Xalça Muzeyində “Kitabi-Dədə Qorqud - 12 boy -12 xalça” adlı sərgi-tədbir keçiriləcək.

Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, sərgi fevralın 12-də saat 16:00-da baş tutacaq.

Muzeyin 3-cü mərtəbəsində keçiriləcək sərgi-tədbirdə tanınmış alim və tədqiqatçıların çıxışları, “Dədə-Qorqud” personajarının çadır önündə teatrlaşdırılmış kompozisiyası, saz havaları və qədim musiqi alətlərinin ifası təqdim olunacaq.

“Kitabi-Dədə Qorqud” eposunun alman şərqşünas alim Henrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, tərcüməsi, ilk nəşri və elm dünyasına tanıdılmasının 200 illiyi qeyd olunur.

Bununla bağlı ölkə prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG