Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:05

Rusiya Münhen görüşündə Suriyada atəşkəsin mümkünlüyünü müzakirə etməyə hazır olduğunu bildirib.

Bunu fevralın 11-də xarici işlər nazirinin müavini Gennadi Gatilov deyib.

Suriya ilə bağlı əlaqə qrupunun iclasına ABŞ Dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov sədrlik edəcəklər.

Kremlin sözçüsü Dimitry Peskov isə bu arada Moskvanın martın 1-dən Suriyada atəşkəs təklif etməyə hazır olması barədə məlumatları təkzib edib.

Qeyd edək ki, Suriyanın hökumət qüvvələri Rusiya təyyarələrinin dəstəyi ilə Hələbə hücuma keçdiyindən ötən həftə Cenevrədə keçirilən sülh danışıqları dayandırılıb.

Buna görə Türkiyə sərhədinə 10 minlərlə qaçqın yığışıb.

Rusiyalı diplomat fevralın 11-də bildirib ki, Moskva Türkiyə-Suriya sərhədi boyunca hər hansı təhlükəsizlik zolağı yaradılmasına qarşıdır.

Rusiya xarici işlər nazirinin müavini Oleg Syromolotov İnterfaksa deyib ki, Rusiya ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın BMT və Suriya hökumətinin icazəsi olmadan Suriyanın şimalında ordu yerləşdirməsinə qarşıdır.

Bundan əvvəl Rusiyanın martın 1-dən Suriyada atəşkəs təklif etməsi, amma ABŞ-ın bunu rədd etməsi barədə məlumat yayılmışdı.

Məlumatlara görə Vaşinqton atəşin dərhal dayandırılmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG