Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:13

-

“Sabahın alimləri” V Respublika müsabiqəsi işə başlayıb.

Təşkilatçılar Təhsil, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Milli Elmlər Akademiyası və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsidir.

Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı verməkdir. Habelə onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyən etməkdir.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə Azərbaycanın 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edirlər. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.

Bir sıra universitetlərin dəstəklədiyi bu müsabiqə 8 kateqoriya üzrə keçirilir. Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik və kompüter elmləri üzrə. Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət münsiflər heyəti yaradılıb.

Müsabiqə fevralın 13-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG