Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:19

NATO miqrant daşıyan insan qaçaqçılarının qarşısını almaq üçün Egey dənizində patrul xidmətinə çıxacaq.

Alyansın baş katibi Jens Stoltenberq fevralın 11-də bildirib ki, qərar Almaniya, Türkiyə və Yunanıstan sorğusuna cavab olaraq qəbul edilib.

O qeyd edib ki, bu gəmilər Türkiyə ilə Yunanıstan arasında sulara nəzarət edəcək.

Amma baş katib deyib ki, bu gəmilər qaçqın qayıqlarını saxlamaq və ya onları geri döndərməklə məşğul olmayacaq, sadəcə insan qaçaqçılığı ilə mübarizəyə kömək etmək üçün müşahidə missiyası və informasiya toplamaqla məşğul olacaq.

BMT-nin qaçqınlar üzrə idarəsinin məlumatına görə, təkcə bu il dənizllə Yunanıstana 75 minə yaxın qaçqın keçib.

Ümumilikdə isə 400-dən çox miqrant Aralıq dənizini keçmək istəyərkən batıb.

Avropa Birliyinə üz tutan miqrantların 80 faizi Türkiyə-Yunanıstan sərhədindən keçir.

Hazırda Türkiyədə 2 milyondan çox suriyalı qaçqın var.

.

Günün bütün mövzuları

XS
SM
MD
LG