Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:07

Rusiya ötən həftə Suriyada keçirdiyi hava əməliyyatlarında təxminən 1900 hədəfin vurulduğunu bildirir.

Rusiya Müdafiə Nazirliyinin fevralın 11-də verdiyi məlumata görə, zərbələr Hələb, Latakiyə, Hama, Deyr əz Zor, Daraa, Homs,Hasakah və Raqqa əyalətlərindəki hədəflərə endirilib.

Nazirlik həmçinin Hələbdə yaşayış məhəllələri və iki xəstəxananın vurulması ilə bağlı ittihamları rədd edib.

Suriyanın hökumət qüvvələri Rusiya təyyarələrinin dəstəyi ilə hazırda Hələbi ələ keçirməyə cəhd göstərir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi hərbi əməliyyatlara görə təxminən 50 min adamın əyalətdən qaçqın düşdüyünü bildirir.

Şəhərə humanitar marşurutlar bağlandığından vəziyyət kəskin pisləşib.

5 ilə yaxındır ki, davam edən Suriya münaqişəsində 250 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG