Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

“Ukraynada yüzlərlə məktəb dağılıb”


Ukraynada dağıdılmış məktəb, arxiv fotosu

Ukraynada dağıdılmış məktəb, arxiv fotosu

-

Ukraynanın şərqində müharibə zamanı yüzlərlə məktəb dağıdılıb. Bəzilərindən hər iki tərəf hərbi məqsədlərlə istifadə edib. Human Rights Watch hüquq-müdafiə təşkilatının fevralın 11-də yaydığı hesabatda belə deyilir.

Hesabatda vurğulanır ki, müharibədən salamat çıxmış məktəblər də çox təhlükəli durumda işləyir. Uşaqların çoxu məcburən məktəbə getməyi dayandırıb.

Qurum münaqişə tərəflərini – hökuməti və separatçı qüvvələri uşaqların təhlükəsizliyini, təhsilə çıxışını təmin etməyə, məktəblərdən hərbi məqsədlərlə istifadəni dayandırmağa çağırır.

Hesabatın hazırlanmasından ötrü 41 məktəbə və bağçaya baş çəkilib, 62 şagird, müəllim, direktor, şahid danışdırılıb.

HRW-nın Ukrayna üzrə tədqiqatçısı Yulia Gorbunova Azad Avropa/AzadlıqRadiosuna deyib ki, münaqişə tərəfləri məktəblərdən hərbi fəaliyyət üçün istifadə edib, məktəblərə, yaxud yaxınlığına qüvvələr və silah-sursat yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG