Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:55

-

Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılıb. «Report»un yaydığı xəbərə görə, şuranın əsasnaməsi və tərkibi təsdiq edilib. Şura altı nəfər üzvdən və katiblikdən ibarətdir. Şuraya idarənin rəis müavini Əsgər Rəsulov sədrlik edəcək.

Ötən həftə prezident İlham Əliyev «Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında» fərman imzalayıb. Fərmanın sahibkarların hüquqlarının müdafiəsi, bu sahədə şəffaflığın təmin olunmasına xidmət edəcəyi bildirilir. Artıq buna qədər bir neçə nazirliklərdə Apellyasiya Şurası yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG