Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:45

S.Salahlı mədrəsə açmağı asan iş saymır


«Heydər» məscidi
«Heydər» məscidi

-

«Heydər» məscidində mədrəsənin yaradılması istiqamətində təşkilati işlər həyata keçirilir.

«Report» xəbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlıya isnadən yayıb.

O, mədrəsəni qısa müddətdə yaratmaq və ora müdavimlər cəlb etməyi asan proses saymayıb.

«Müəyyən olunan məkan var, orada mədrəsə yaradıla bilər. Lakin bir çox təşkilati məsələlər həyata keçirilməlidir, müəllim heyəti müəyyənləşməlidir. Bütün bu proseslərdən sonra mədrəsə açıla bilər. Mədrəsənin nə zaman fəaliyyətə başlayacağını isə «Heydər» Məscid-Kompleksi İdarəsinin rəhbərliyi müəyyənləşdirəcək» - deyə S.Salahlı bildirib.

Qeyd edək ki, «Heydər Əliyev məscid-kompleksi» 2014-cü ilin dekabrında istifadəyə verilib. Məsciddə eyni zamanda 4 min adam ibadət edə bilir. Bu məscidin digər ibadət evlərindən fərqi ondadır ki, orada daimi icma fəaliyyət göstərmir, məscidin ayrıca axund və imamı yoxdur.

Azərbaycanda «Heydər məscidi» adlı bir çox ibadət yerləri var.

XS
SM
MD
LG