Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

-

Nazirlər Kabineti «Azərbaycan ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası»nı təsdiq edib. Bundan başqa, «Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası» da təsdiq olunub. Xəbəri «Report» yayıb.

Sualtı mədəni irs nümunələrinə öz təbii, arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan obyektlər, tikililər, onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar aid edilir. Habelə su altındakı gəmilər, uçuş, nəqliyyat vasitələri, onların hissələri, yükü və qədim tarixi əşyalar da bu qəbildəndir. Ancaq suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni irs nümunələrinə aid edilmir.

Azərbaycanın ərazisində sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid olub-olmadığını Mədəniyyət və Turizm Nazirliyi ekspertiza yolu ilə müəyyən edilir.

Onların hər birinə bu nazirlik şəhadətnamə verilir.

Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG