Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39

Nigeriyada 58 nəfər öldürülüb


Boko Haram-ın lideri Abubakar Shekau, arxiv fotosu

Boko Haram-ın lideri Abubakar Shekau, arxiv fotosu

-

Nigeriyanın şimal-şərqində qaçqın düşərgəsində 2 intiharçı qadın özünü partladıb, azı 58 nəfər həlak olub. Rəsmi məlumat fevralın 10-da yayılıb.

Üçüncü qadın düşərgədə valideynlərinin və uşaqlarının olduğunu anlayandan sonra partlayış törətməkdən imtina edib. O, həbs olunub və digər yerlərdə planlaşdırılan partlayışlar barədə rəsmilərə məlumat verib.

50 min nəfərin qaldığı düşərgədə 78 nəfər də yaralanıb. Bu düşərgəyə Boko Haram islamçı qruplaşmanın əlindən qaçanlar sığınıb.

Boko Haram-ın altı illik fəaliyyəti nəticəsində 20 min nəfər öldürülüb, 2.5 milyon nəfər evsiz qalıb.

Ötən il Nigeriya, Çad və Kamerun ordusu onları “xilafət” elan etdikləri kəndlərdən çıxarıb. O vaxtdan məscidlər, bazarlar kimi izdihamlı yerlərə hücumlar edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG