Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:08

-

Brüsseldə “Azərbaycan-Avropa İttifaqı münasibətləri. Çağırışlar və imkanlar (Azerbaijan – EU relations. Challenges and opportunities) adlı müzakirələr keçirilib.

APA informasiya agentliyi Azərbaycanın Belçikadakı səfirliyinə isnadən xəbər verir ki, müzakirələr “Avropa Siyasət Mərkəzi”ində (European Policy Centre – EPC) baş tutub.

Tədbirdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində yeni ikitərəfli Saziş layihəsinin hazırlanması, beynəlxalq təhlükəsizlik, terrorizm kimi regional təhdidlərə qarşı mübarizə perspektivlərindən bəhs edib. Dağlıq Qarabağ münaqişəsi və insan hüquqlarının vəziyyətinə toxunulub.

Müzakirələrin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica və Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maros Sefcovic-in Azərbaycana səfəri ərəfəsində baş tutmasının təsadüfi olmadığı deyilib. Bu səfərin Strateji Tərəfdaşlıq Sazişi layihəsi üzrə məsləhətləşmələrə müsbət təkan verəcəyinə inam ifadə edilib.

Natiqlərin hər biri Aİ-Azərbaycan əlaqələrinin strateji müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb. Yaxın zamanlarda bu yöndə vacib addımlar atılacağına ümid ifadə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG