Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19

“NATO ölkələrinin müdafiə nazirləri alyansın şərq cinahının gücləndirilməsi ilə bağlı plan qəbul edib.”

Bunu fevralın 10-da təşkilatın baş katibi Jens Stoltenberq bəyan edib.

O müdafiə nazirlərinin Brüsseldə keçirilən 2 günlük toplantısında deyib ki, NATO-nun Polşa və Rusiyaya yaxın olan digər müttəfiq ölkələrdə iştirakının genişlənməsi dəqiq siqnal olacaq.

Baş katib qeyd edib ki, təşkilat istənilən müttəfiqə qarşı təcavüzə eyni reaksiya verəcək.

Yeni planda söhbət hərbi texnikalar cəmləşdirilməsi, yeni infrastruktur yaradılması və çoxmillətli qüvvələrin iştirakından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG