Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

ABŞ Dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov telefonla Suriya ilə bağlı qarşıdan gələn sülh danışıqlarını müzakirə ediblər.

Bu barədə fevralın 10-da Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Məlumata görə tərəflər Suriyada atəşin dayandırılması və mühasirədə olan bölgələrə humanitar yardım çatdırılmasının vacibliyi barədə razılıq əldə ediblər.

Fevralın 11-də Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında Kerry ilə Lavrov arasında görüş gözlənilir.

Məqsəd 5 ildir ki, davam edən müharibənin danışıqlar yolu ilə həllinə nail olmaqdır.

Rusiya bu müharibədə Suriya prezidenti Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Suriya danışıqları fevralın 25-də bərpa olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG