Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49

-

Ölkədəki sürüşmə risqli ərazilərdə aktivlik müşahidə olunur. Aktivləşmə havaların yağmurlu keçməsi, habelə, rayonlarda yağan qarın əriməsi ilə bağlıdır.

Bu barədə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadəyə istinadən Trend xəbər yayıb. Elbrus Əlizadə bildirib ki, Ağsu aşırımında, Xızıda, Qusarda, Lerik yollarında, Gədəbəydə, Daşkəsəndə və Göygöl rayonundakı sürüşmə ərazilərində fəallaşma müşahidə edilir. Şamaxı-İsmayıllı yolunda, Lənkəranda, Siyəzən-Şabran bölgəsində isə sürüşmə nisbətən daha çoxdur.

Bakıdakı sürüşmə risqli ərazilərə gəldikdə E.Əlizadə deyib:

“Masazır qəsəbəsində, Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsindən Teleteatra tərəf olan hissədə, xüsusilə də Zığda sürüşməyə aid fəallıq müşahidə edilir”

Günün bütün mövzuları

XS
SM
MD
LG