Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

►"Onsuz da az olan əhali bir qədər də azalır"

Gürcüstanın özünü müstəqil elan etmiş separatçı bölgəsi Abxaziyada abortu qanunla qadağan ediblər.

Abxaziyanın rəhbəri Raul Xacımba qanunun qüvvəyə minməsi barədə fərman imzalayıb.

Administrasiya rəsmiləri həmçinin bildiriblər ki, abortları qadağan edən "Ana və doğulmamış uşağın dövlət müdafiəsi haqqında" qanun "Konstitusiya"ya əsaslanır.

"Abxaziya parlamenti"nin deputatları onu hələ 2015-ci ilin dekabrında təklif ediblər.

Deputat Said Xaraziya hesab edir ki, "Abort milli təhlükəsizliyə təhdiddir, Abxaziyanın onsuz da az olan əhalisinin sayının süni azaldılmasıdır."

Həkimlərin dediyinə görə, son 25 il ərzində Abxaziyada 12 minə yaxın abort edilib. ____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Təkcə 2015-ci ildə 700-ə qədər abort faktı qeydə alınıb. Onlardan yalnız 15-i tibbi göstərişlə, yəni hamiləlik ananın sağlamlığına təhlükə törətdiyinə görə həyata keçirilib. Abortların əksəriyyəti isə sosial problemlər səbəbindən həyata keçirilir.

Bundan əvvəl abortlara qarşı mübarizə aparan müqəddəs Qruroriy Boqoslov (Nazianzlı Qriqor) Fondu Abxaziyada da belə əməliyyatların qadağan olunmasını istəmişdi. Fondun rəhbəri Leonid Sevstyanov jurnalistlərə deyib ki, buna bənzər qadağaları Rusiyanın bəzi regionlarında, məsələn, Çeçenistan və Tatarıstanda da tətbiq edə bilərlər. Patriarx Kirilsə, ümumiyyətlə, abortları bütün ölkə ərazisində qadağan etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG