Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:30

-

Ölkə vətəndaşlarının 2016-cı ilin əvvəlinə olan vergi borclarının məbləği 2,4 milyard manat təşkil edir.

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov söyləyib Xəbəri Trend yayıb. Bir neçə ildir ki, vergi ödəyicilərinin borcunun göstərilən məbləğdə dəyişdiyini deyən nazir müavininin sözlərinə görə, bu məbləğin təxminən, yarısı dövlət, digər yarısısa özəl sektora aiddir. Vergi qurumları borcların alınması üçün müvafiq tədbirlər görürlər.

S.Ələkbərov eyni zamanda, vergi borclarının ödənilməsi ilə bağlı könüllülük səviyyəsinin artdığını deyib: “Bu gün könüllülük səviyyəsi təxminən 70 faiz civarındadır. Amma vergi orqanlarının xətti ilə büdcə daxilolmalarının təxminən, 30 faizi borca çevrilir. Yalnız müvafiq tədbirlər görüldükdən sonra dövlət büdcəsinə ödənilir. Biz çox istərdik bu səviyyə azalsın və könüllü ödəmə səviyyəsi artsın" - S.Ələkbərov deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG