Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:36

Dünya bazarında nedtin qiyməti yenidən düşüb.

Nyu-York birjasında ABŞ neftinin bareli təxminən 6 faiz ucuzlaşaraq 27 dollar 94 sent olub.

Brend markalı neftin bareli isə təxminən 8 faiz ucuzlaşaraq 30 dollar 32 sentə düşüb.

Buna səbəb neftin qiyməti ilə bağlı yeni proqnozlar olub.

Beynəlxalq energetika agentliyinin illik hesabatında bu ilin yanvarında OPEK təşkilatına daxil olan ölkələrdə nefti istehsalının artdığı və dünyadakı neft anbarlarında ehtiyatın rekord həddə çatdığı bildirilir.

Bundan başqa Küveytlə İran bu il istehsalın artırılacağını bəyan ediblər.

Buna görə də Beynəlxalq Enegetika Agentliyi Brend markalı neftlə bağlı orta illik proqnozunu 37 dollar 52 sentə salıb.

Bu agentliyin bir ay bundan əvvəlki proqnozundan təxminən 3 dollar aşağıdır.

Analitiklərin əksəriyyəti isə isə hesab edir ki, neftin bareli yaxın gələcəkdə 20 dollara da düşə bilər.

“Goldman Sachs” investisiya bankı isə fevralın 9-da xəbərdarlıq edib ki, əgər anbarlar dolsa neftin bareli bundan aşağı da düşə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG