Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:05

1500-dən çox əcnəbi ölkədən çıxarılıb


Dövlət Miqrasiya Xidməti
Dövlət Miqrasiya Xidməti

-

Yanvar ayında 1569 əcnəbinin Azərbaycan ərazisindən çıxarılması barədə qərar qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin (DMX) fevralın 10-da yaydığı məlumatda belə deyilir. Xəbərdə bildirilir ki, həmin əcnəbilər inzibati qanunvericiliyin tələblərinin pozublar. Ölkədən çıxarılma qərarları da bu səbəbdən qəbul olunub.

Xidmətin açıqladığı rəqəmlərə görə, ötən ay cəmi 101 əcnəbinin ölkə ərazisində yaşaması leqallaşdırılıb.

DMX həmçinin, Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu üzrə qanunsuz miqrasiya təşkil edən Banqladeş, Pakistan və Özbəkistan vətəndaşlarının saxlanıldığını bildirir. Xəbər verilir ki, həmin şəxslər barəsində qanuni ölçülər götürülüb.

XS
SM
MD
LG