Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:28

Instagram-da yenilik


Instagram
Instagram

-

Foto, video paylaşım şəbəkəsi «Instagram»da birdən çox hesabı olan istifadəçilərə xoş xəbər var.

Bu günədək belə istifadəçilər bir hesabdan çıxıb digərinə qoşulmaqdan ötrü hər dəfə yenidən hesab bilgilərini yazmalıydılar. Bu da vaxt itkisinə səbəb olurdu.

Artıq «Instagram» bu çətinliyi çözüb. Proqramın yeni versiyasında eyni vaxtda bir neçə hesabla giriş mümkündür.

Yeniləmə həm iOS-da, həm də «Android» platformasında ələçatımlıdır.

NECƏ YARARLANMAQ OLAR?

Özəllikdən faydalanmaq üçün «Instagram»ın 7.15 versiyasını yüklə. Sonraprofil səhifəsində «seçimlər» bölməsinə gəl. Ən aşağıda «hesab artır» seçimindən beşə qədər hesab əlavə et.

Bir hesabdan digərinə keçid üçün profil səhifəsinin sol üst qismində yerləşən profil adına tıklamaq lazımdır. Buradan bütün hesabları görmək və sadəcə, üzərinə gəlib açmaq olar.

XS
SM
MD
LG