Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:39

-

İsveçin xarici işlər naziri Margot Wallström Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib. Bakıda səfərdə olan xanım nazir bunu münaqişə tərəfləri arasında etimadın yaranması baxımından vacib sayıb.

Bu barədə fevralın 10-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov xanım M.Wallström-la görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. Xəbəri «Report» yayıb.

E.Məmmədyarov Azərbaycanın təklifi dəstəklədiyini qeyd edib. O, gec-tez icmalar arasında görüşün təşkil olunmalı olduğunu vurğulayıb.

Yada salaq ki, M.Wallström fevralın 9-dan Bakıda səfərdədir. Səfərin fevralın 10-da başa çatması gözlənilir.

«İSVEÇ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ YARDIMA HAZIRDIR»

«İsveç Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanmasına yardım göstərməyə hazırdır».

Bu sözləri İsveçin Bakıda səfərdə olan xarici işlər naziri Margot Wallström azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında söyləyib.

M.Wallström vurğulayıb ki, İsveç Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi yolla nizamlanmasına tərəfdardır.

«Biz bu məsələdə iştiraka hazırıq. Güc tətbiq etməmək, sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsas götürülməlidir. Əgər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun daha geniş formatda görüşünün keçirilməsinə zərurət olarsa biz, buna hazırıq» - İsveçin xarici işlər naziri vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG