Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Mərclərdən büdcəyə hər il 20 milyon gələcək


Topaz
Topaz

-

Azərbaycanda mərc oyunlarında əldə olunan uduşların vergiyə cəlb edilməsi dövlət büdcəsinə əlavə olaraq ildə 20-25 milyon manat gəlir gətirəcək.

«Report» bu xəbəri fevralın 10-da Bakıda keçirilən vergi forumunda çıxış edən Maliyyə Nazirliyi vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinova isnadən yayıb.

F.Şirinov deyib ki, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması onların gəlirlərini orta hesabla 4-9 faiz artıracaq:

«Fiziki şəxslərin gəlirlərinin vergidən azad olan hissəsi 10 dəfə artırılaraq 250 manatdan 2500 manata çatdırılıb. Bu isə onların gəlirlərinin 4-9 faiz qədər artması deməkdir».

Şöbə müdiri əlavə edib ki, bu dəyişiklik fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaların 100 milyon manat azalmasına səbəb olacaq.

XS
SM
MD
LG