Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:27

Tacikistanda Konstitusiyanı dəyişirlər


Emomali Rahmon ailəsi ilə Ümrə ziyarətində, arxiv fotosu

Emomali Rahmon ailəsi ilə Ümrə ziyarətində, arxiv fotosu

-

Mayın 22-də Tacikistanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Bu dəyişikliklər Prezident Emomali Rahmon-a prezident sülaləsi qurmağa imkan verəcək.

Fevralın 10-da parlamentin aşağı palatası referendumun vaxtını təyin edib. Daha öncə Konstitusiya Məhkəməsi ölkənin ali qanununa dəyişiklikləri qanuni sayıb. Qəbul edilərsə, bir nəfərin prezident postuna seçilməsinə məhdudiyyət qoyulmayacaq.

Daha bir dəyişiklik isə prezidentliyə namizədlərin yaşını 35-dən 30-a salır. Rahmon-un böyük oğlu, Rustam Emomali-nin 2020-ci ildə 33 yaşı tamam olacaq və beləliklə, namizədliyini verə biləcək.

Dekabrda qəbul olunmuş qanunla 63 yaşlı Rahmon-a “millətin lideri” titulu verilib, özü və yaxınları ömürlük toxunulmazlıq qazanıb. O, 1992-ci ildən Tacikistanı idarə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG