Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:45

-

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dorokhin «Komsomolskaya Pravda» nəşrinə müsahibəsində Transxəzər Nəqliyyat Dəhlizini ilə bağlı bir sıra mətləblərə toxunub.

Yada salaq ki, Rusiyadan kənar Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan üzərindən keçməklə Şərqi Avropanı Çinlə birləşdirən «İpək Yolu» - Transxəzər Nəqliyyat Dəhlizi ötən ay işə salınıb.

APA «Komsomolskaya Pravda» qəzetinə istinadən səfirin bəzi fikirlərinə öz səhifəsində yer verib.

V.Dorokhin «İpək Yolu» nəqliyyat dəhlizinin hələlik yalnız bir layihə olduğunu bildirib. «Marşrut üzrə hələlik yalnız bir qatar sınaqdan keçirilib. Bu qatar mənzil başına planlaşdırıldığı müddətdən xeyli gec çata bilib. Həmçinin tariflər üzrə də suallar hələlik qalmaqdadır» -deyə V.Dorokhin qeyd edib.

O, Transxəzər Nəqliyyat Dəhlizi layihəsi ilə bağlı daha sonra deyib: «Çində iqtisadiyyat inkişaf edəcəyi təqdirdə, marşruta da tələbat olacaq. Tənəzzül davam edəcəyi təqdirdə isə yüklərin həcmi azalacaq. Azərbaycan bununla bağlı heç nə edə bilməyəcək. Həmçinin layihənin digər iştirakçıları da buna təsir etmək iqtidarında deyillər».

Səfirə görə, bu marşrut mürəkkəbdir. «Xəzərdəki fırtınaların bir, hətta, iki həftəyədək davam etməsini də nəzərə almaq lazımdır. Bundan başqa, marşrutun salındığı Gürcüstan ərazisində dəmiryolu çox mürəkkəb relyef üzərindən keçir. Üçüncüsü, bu layihə Rusiya-Ukrayna münasibətləri fonunda bir qədər siyasiləşdirilib» - deyə səfir qeyd edib.

Vladimir Dorokhin sonda da deyib ki, Rusiya Transxəzər Nəqliyyat Dəhlizi layihəsinə tamamilə sakit yanaşır. «Rusiya-Azərbaycan münasibətlərinin gündəmində Transxəzər Nəqliyyat Dəhlizi məsələsi yoxdur. Bununla məşğul olmaq istəyirlərsə - buyursunlar! Baxaq, görək bundan nə çıxacaq?» - deyə səfir vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG