Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

Təqaüdlərin artırılması ilə bağlı görüş


Təhsil Nazirliyi
Təhsil Nazirliyi

-

Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektorları, mühasibləri və orta ixtisas təhsili müəssisələrinin direktorları ilə görüş keçirilib.

Bu barədə nazirliyin saytında məlumat verilib.

Görüşdə bu məsələ ilə bağlı prezidentin sərəncamından irəli gələn vəzifələr təhsil müəssisələrinin əməkdaşlarına izah olunub.

Bildirilib ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə onların ödənişsiz təhsil alıb-almamalarından asılı olmayaraq təqaüdlər veriləcək. Bu zaman təqaüdlər tələbələrin ümumi göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.

Yeni qaydanın tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirdiyi və ədalət prinsipinə əsaslandığı söylənir.

Görüşdə belə yanaşmanın aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaratdığı qeyd edilib. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.

Yada salaq ki, bu ilin yanvarında dövlət başçısı İlham Əliyev bütün növ təqaüdlərin 10 faiz artırılması haqda sərəncam imzalamışdı. Bundan bir qədər əvvəl 2015-ci il dekabrın 21-də isə Azərbaycanda bir ildə ikinci devalvasiya baş vermişdi. Bu devalvasiyalarda manat dollar qarşısında təqribən 90 faizə yaxın dəyər itirmişdi.

XS
SM
MD
LG