Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:34

-

Rusiya müxalifətçisi Mikhail Kasyanov fevralın 9-da Moskvada restoranda hücuma məruz qaldığını deyir. O, nahar edən zaman bir neçə nəfər ona yaxınlaşıb, siyasi baxışlarına görə söyüb, üzünə tort atıb, qaçıb aradan çıxıblar. Restoran mühafizəçiləri işə qarışmaq istəsə də, artıq gec olub.

Hücum edənlərlə birlikdə 4 maşın adam gəlibmiş. Məlumatı Kasyanov-un PARNAS partiyası yayıb.

Kasyanov “Kommersant” qəzetinə deyib ki, “həyatına və təhlükəsizliyinə hədə” hesab etdiyi üçün polisə şikayət edib.

Siyasətçinin bəzi tərəfdarları həmin şəxslərin Çeçenistandan olduğunu bildirir. Ötən həftə Çeçenistan rəhbəri Ramzan Kadyrov Instagramda Kasyanov-un və daha bir müxalifət fəalının videosunu yerləşdirib, onlar həmin videoda snayperin hədəfində görünür.

Kasyanov həmin videonun araşdırılmasını istəyib və inanır ki, restorandakı insident də bu xahişlə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG