Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08

Roma Papasının Bakı səfərindən danışılır


Papa Francis Kenyada, arxiv fotosu

Papa Francis Kenyada, arxiv fotosu

-

Roma papası Francis-in 12-ci xarici səfəri müzakirə olunur. Bununla yanaşı Vatikan Administrasiyasının məlumatlı dairələrində pontifikin Qafqaza səfər etmək niyyətində olduğu haqda yenidən danışılmağa başlanıb."Report" xəbər verir ki, bu barədə Rusiyanın "Novaya qazeta"sı məlumat yayıb.

İlkin məlumatlara görə, səfər 2016-cı ilin sentyabr ayına planlaşdırılır. Papanın Azərbaycanla yanaşı Ermənistan və Gürcüstana da səfər edəcəyi yazılır.

Roma Papası II İohan Pavel 2002-ci il mayın 23-də Bakıya səfər etmişdi. O zaman Papanın səfərini işqlandırmaq üçün 90-dan çox telekanalın jurnalistləri gəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG