Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:14

-

ABŞ-ın Nyu Hempşir ştatında keçirilən praymeriz seçkilərində Respublikaçılardan milyarder Donald Trump, Demokratlardan isə senator Bernie Sanders qalib gəlib.

Yerli vaxtla saat 8-də məntəqələr bağlanıb. Trump səslərin 34 faizini qazanıb.

Sosialist Sanders isə demokratların səslərinin 58 faizini əldə edib. Keçmiş Dövlət katibi Hillary Clinton məğlubiyyətini etiraf edib.

Gələn ay daha konservativ və irqi baxımdan təzadlı Cənubi Karolina və Nevada ştatlarında ilkin seçkilər olacaq.

Partiyalar hələlik prezidentliyə namizədlərini seçirlər. Noyabrda keçiriləcək prezident seçkisində iki əsas namizəd mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG