Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:06

Mosul bəndi risk altında


Mosul bəndi möhkəmləndirilir, 3 fevral, 2016-cı il

Mosul bəndi möhkəmləndirilir, 3 fevral, 2016-cı il

-

İraqda Mosul bəndi dağılma riski ilə üzləşib. Bu, baş verərsə, milyonlarla insan su altında qala bilər. Bu barədə fevralın 9-da İraq parlamentində ABŞ-ın tədqiqatı yayılıb.

Bu bənd elə də möhkəm olmayan dayaqlar üstündə salınıb, daim laxlayır. İslam Dövləti (İD) silahlı qruplaşması 2014-cü ildə bəndi bir müddət tutandan sonra, demək olar, təmir görməyib və strukturu lap zəifləyib.

“Son bir ildə toplanmış informasiya göstərir ki, Mosul bəndi getdikcə daha çox riskə məruz qalır və bu risk bir il öncəkindən daha yüksəkdir”, ABŞ Ordu Mühəndisləri Korpusunun araşdırmasında bildirilir.

1984-cü ildə bəndin tikintisi tamamlanandan İraq hökuməti daima bu nəhəng strukturun altında yaranan novları sementlə doldururmuş. Bu iş indi mütəmadi aparılmır, çünki İD yaxınlıqdakı sement zavoduna nəzarət edir.

Tədqiqatda bildirilir ki, bənd dağılsa, arxasında göl daşar, Mosul nəhəng dalğalar altında qalar, yarım milyon insan həlak ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG