Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Suriyada Hospitalın vurulması nəticəsində 3 nəfər ölüb, 6 nəfərsə yaralanıb.

Bu barədə fevralın 9-da Sərhədsiz Həkimlər Təşkilatı məlumat yayıb.

Təşkilatın çalışdığı Tafas hospitalı Suriyanın cənubunda, İordaniya sərhədinin yaxınlığında yerləşir.

Bu ərazidə Suriyanın hökumət qüvvələri ilə üsyançılar arasında döyüş gedir.

Hələlik Hospitalın hansı tərəfdən vurulduğu bəlli deyil.

Amma Suriyanın hökumət qüvvələri son həftələr Rusiya aviasiyasının dəstəyi ilə ərazini ələ keçirməyə cəhd göstərir.

Sərhədsiz Həkimlər təşkilatının məlumatına görə hospital fevralın 5-də vurulub və təxminən 20 min sakin şəhərdən qaçmalı olub.

5 ildir ki, davam edən Suriya müharibəsində 250 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG