Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:28

ABŞ Vaşinqtonun Moldovanı Avropa Birliyi və NATO üzvü olan Rumınyaya birləşdirmək cəhdi ilə bağlı rusiyapərəst siyasətçi İgor Dodonun iddiasını rədd edib.

Müxalifətdə olan “Moldova Sosialist Partiyası”nın lideri Dodon ötən həftə Rusiya mətbuatına müsahibəsində Vaşinqtonun belə bir dəhşətli senarisi olduğunu bildirib və Moldovanı Moskvanın rəhbərlik etdiyi Avrasiya ittifaqına qoşulmağa çağırıb.

ABŞ-ın Kişinaudakı səfirliyi fevralın 9-da onun bu ittihamının tamamilə cəfəng olduğunu bildirib.

Səfirlik bəyan edib ki, Moldova suveren dövlətdir və Vaşinqton onun müstəqilliyi və ərazi bütövlüyünü tam dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG