Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:10

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru James Clapper bildirib ki, Rusiya Qərbin Ukrayna ilə bağlı səylərini əngəlləmək də daxil olmaqla, 2016-cı ildə kəskin xarici siyasətini davam etdirmək fikrindədir.

O fevralın 9-da deyib ki, Ukraynanın şərqində Ukrayna və rusiyapərəst separatçılar arasında gərginliyin azalmasına baxmayaraq, Kreml Kiyev üzərindəki nüfuzunu davam etdirəcək və onun Qərb institutlarına inteqrasiya cəhdlərini pozmağa çalışacaq.

Clapper qeyd edib ki, Rusiya qonşu ölkələrin onun rəhbərlik etdiyi Avrasiya ittifaqına qoşulması üçün,2016-cı ildə bu dövlətlərə qarşı təzyiqləri artıracaq.

Hazırda bu birliyə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi Ukrayna münaqişəsinə görə Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG