Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:42

Keçmiş Moskva meri Yury Luzhkov şəhər hakimiyyətinin metro stansiyalarındakı ticarət köşkləri və digər tikililəri sökməsini səhv addım adlandırıb.

O BBC-nin rus xidmətinə müsahibəsində bildirib ki, ölkə iqtisadiyyatının xeyli problemlə üzləşdiyi bir vaxtda kiçik bizneslə hesab çəkməyin vaxtı deyil.

Luzhkov həmçinin qeyd edib ki, hakimiyyətin qanunsuz hesab etdiyi bu tikililərin çoxunun fəaliyyət üçün qanuni içazəsi var.

Dövlət Dumasının deputatı Dimitry Gudkov da bu ticarət obyektlərinin qanuni olduğunu və fəaliyyət üçün rəsmi icazələri olduğunu deyir.

Qeyd edək ki, Moskva meriyası fevralın 8-dən 9-na keçən gecə metro stansiyalarındakı ticarət obyektlərini sökməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG