Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:16

“Əgər Suriyada hərbi kampaniyalar bu cür intensiv şəkilədə davam eləsə, Türkiyə sərhədinə 70 min qaçqın yığışa bilər. Biz qapını darda olan qardaşlarımızın üzünə bağlamayacağıq”.

Bunu Türkiyənin baş naziri Ahmet Davutoglu fevralın 9-da hakim “Ədalət və İnkişaf” partiyasının üzvləri ilə görüşdə deyib.

O bildirib ki, Rusiya amansızcasına Suriyada mülki sakinləri bombalamaqda davam edir: "Bu insanların terrorçuluqla heç bir əlaqəsi yoxdur və bizdə olan məlumata görə Rusiyanın hava reydlərinin 90 faizi mülki sakinlərə qarşı yönəlib", deyə o bildirib.

Davutoglu ABŞ və BMT-də daxil olmaqla beynəlxalq aləmin bundan xəbərdar olduğunu deyib.

Baş nazir deyib ki, buna son qoyulmalıdır.

5 ildir ki, davam edən Suriya münaqişəsində 250 mindən çox adam ölüb.

Milyonlarla adam qaçqın düşüb. Hazırda təkcə Türkiyədə 2 milyondan çox Suriya qaçqını var.

Günün bütün mövzuları

XS
SM
MD
LG