Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:53

“Mərkəzi Bank digər banklar kimi maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz”.

Bunu Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Azərtac-a müsahibəsində deyib. O, Azərtac-a müsahibəsində yeni qəbul olunan “Publik hüquqi şəxslər” qanununu və Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını şərh edib.

Şahin Əliyev Mərkəzi Bank da daxil olmaqla bəzi qurumlarının statusu ilə bağlı qeyri-müəyyənliyin olduğunu deyib:

“Mərkəzi Bank haqqında” qanunda bildirilir ki, O, dövlət orqanıdır. Belə olduğu halda, Mərkəzi bank hansı hakimiyyət qoluna aiddir: qanunvericilik, icra və ya məhkəmə? Azərbaycanın Konstitusiyasında Mərkəzi Bank heç bir dövlət hakimiyyəti qoluna aid edilməyib. Ona görə ki, o, dövlət orqanı deyil. Əgər Mərkəzi Bank dövlət orqanıdırsa, dövlət hakimiyyəti orqanı məgər kredit verə bilərmi? Kreditlərdən faiz götürə bilərmi? Əlbəttə, yox. Yaxud, Dövlət Satınalmalar Agentliyinə baxaq. Onun statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər tutulurdu. Halbuki bu orqan satınalmaların təşkili və tenderlərlə məşğul olurdu. Sual yaranırdı ki, bu struktur hansı icra hakimiyyəti funksiyalarını həyata keçirir və hansı sahəyə rəhbərlik edirdi?”

Ş.Əliyevə görə, bu tip qurumlar publik hüquqi şəxs olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG