Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

İraq ordusu Ramadi ətrafındakı ərazilərin “İslam Dövləti” yaraqlılarından təmizləndiyini bildirir.

Hərbçilərin fevralın 9-da verdikləri məlumata görə,yerli qüvvələr Ramadini koalisiya qüvvələrinin yerləşdiyi Habbania bazası və paytaxt Bağdadla birləşdirən əsas yolu yenidən açıblar.

İraq ötən ilin oktyabrında Anbar əyalətinin paytaxtı Ramadi şəhərinin azad edildiyini bəyan edib.

Amma hər gün şəhərin ətrafında yaraqlılarla toqquşmalar gedir.

Hökumət qüvvələri hazırda yaxınlıqdakı Fəllucə şəhərinə doğru hərəkət edir.

Yaraqlıların hazırda əsas dayaq məntəqəsi olan bu şəhər ordu və yerli şiə döyüşçüləri tərəfindən mühasirədədir.

İraq ordusu həmçinin Mosul şəhərini azad etmək üçün ölkənin şimalındakı hərbi bazada minlərlə əsgər yerləşdirir.

Hazırda İraq və Suriyanın bir çox əraziləri “İslam Dövləti” qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG