Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

-

Fevralın 10-da Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu Bakıda gecə 0-2 , gündüz 6-8 dərəcə isti olacaq.

Rayonlarda fevralın 10-da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerdə duman olacaq, dağlıq ərazilərdə isə yağış ehtimalı var.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta gözlənilir. Gündüz isə 3 dərəcəyədək isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG