Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43

-

«Qanun layihəsində müəyyən olunan müddətdə sahibkarların müraciətləri cavablandırılmasa, lisenziya avtomatik olaraq verilmiş hesab edilir».

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 9 fevral iclasında deputat Tahir Mirkişili bunu «Lisenziyalar və icazələr haqqında» qanun layihəsinə əlavələr haqda deyib. Xəbəri APA yayıb.

T.Mirkişili əlavə edib ki, bununla bağlı layihəyə yeni müddəa əlavə edilib:
«Biz yeni müddəada «lisenziya verilmiş hesab olunduqdan sonra avtomatik reyestrə daxil edilsin» yazdıq. Bunu ona görə etdik ki, sahibkar yoxlanılanda lisenziyanın olub-olmadığını avtomatik olaraq elektron portaldan dəqiqləşdirmək mümkün olsun».

Daha bir dəyişiklik icazə verən orqanın metodiki yardım istəyən sahibkarın müraciətinin cavablandırması müddətinin azaldılması ilə bağlıdır:

«Hər bir sahibkar lisenziya almamışdan öncə, metodiki kömək üçün icazə verən orqana müraciət edə bilər. Bunun əsas mahiyyəti odur ki, sahibkarın özünün hazır olub-olmadığını bilməsi üçün əlavə xərc çəkməsin. Biz o yardım müddətini məhdudlaşdırdıq. Biz bunu 5 gün müəyyən etdik. Yəni, icazə verən orqan 5 gün müddətində sahibkara cavab vermək məcburiyyətindədir».

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə deyib ki, icazələrin sayının optimallaşdırılması yönündə təkliflər hazırlanıb. Bu təkliflər Prezident Administrasiyasına təqdim olunub:

«Qanun layihəsi ilə birlikdə həm lisenziyalaşdırılan fəaliyyət növlərinin, həm də icazələrin siyahısı təsdiq olunmalıdır. Bu qanun layihəsi təsdiq olunduqdan sonra bu siyahılar da təsdiq olunacaq. Ümumilikdə bu proseslərin tənzimlənməsi beynəlxalq təcrübədə qəbul edilmiş standartlara uyğun olacaq. Nəticədə bu biznes mühitinin təkmilləşdirilməsi istiqamətində böyük addımlar olacaq».

Qanuna layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG