Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:59

-

Fevralın 15-də Keramika Mərkəzi «Beynəlxalq duet – keramika üzrə simpozium» adlı yeni layihəni təqdim edəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycan İncəsənət Konsulluğuna istinadla yaydığı xəbərə görə, layihə bu qurumun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Layihənin məqsədi müxtəlif ölkələrdən olan keramika ustalarının işlərinə bələd olmaq və təcrübə mübadiləsi aparmaqdır.

Xəbərdə vurğulanır ki, duet-simpozium ölkənin qədim keramika ənənələrini göstərmək baxımından da əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan həm palçıq palitrasına, həm də palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur.

Keramika əsasında hazırlanan heykəltəraşlıq işləri klassik və avanqard üslubda və müxtəlif formalarda ola bilər.

Simpoziuma MDB-dən və dünyanın müxtəlif ölkələrindən peşəkar rəssamlar-keramika ustaları dəvət edilib. Onların köməyilə müxtəlif növ və janrlarda müasir incəsənət əsərlərindən ibarət kolleksiya yaradılacaq.

Duet-simpoziumda Azərbaycandan Mir Teymur Məmmədov, Qazaxıstandan Artyom Gorislavets iştirak edəcək.

İçərişəhərdə yerləşən M.Maqomayev 90 ünvanında keçiriləcək tədbirə giriş sərbəst olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG