Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:23

Sərnişin qatarları toqquşub, ölənlər var


Qəza yeri, 9 fevral, 2016-cı il

Qəza yeri, 9 fevral, 2016-cı il

Almaniyanın cənubunda, Bavariyada iki sərnişin qatarının toqquşması nəticəsində azı 8 nəfər ölüb.

Polis həmçinin 150 nəfərin yaralandığını və onlardan 50-nin ağır vəziyyətdə olduğunu bildirir. Qəza fevralın 9-da Münhenin 60 kilometrliyində yerləşən "Bad Aibling" şəhərinin yaxınlığında baş verib.

Almaniya mətbuatının yazdığına görə, qatarlardan biri relsdən çıxıb və bir neçə vaqon aşıb.

Hələ də vaqonlarda ilişib qalanlar var və onları xilas etməyə çalışırlar.

Qəzanın səbəbi hələlik bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG