Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Bazarı qoruyacaq qanun komitədən keçdi


Ziyad Səmədzadə
Ziyad Səmədzadə

-

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» qanun layihəsini müzakirə edib. Xəbəri APA yayıb.

Komitə sədri Ziyad Səmədzadə son vaxtlar ölkədə islahatların yeni mərhələsinin başladığını deyib. O qeyd edib ki, bu islahatlar ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etməli, iqtisadiyyatı neft asılılığından xilas etməlidir.

Z.Səmədzadə bunu «ölkə iqtisadiyyatının inkişafına, daxili bazarın sivil yollarla qorunmasına xidmət edən qanun layihəsi» adlandırıb.

Qanun layihəsinin məqsədi yerli istehsalçıların iqtisadi maraqlarının müdafiəsinə yönəlib. Yəni, bu, subsidiyalaşdırılan idxalın, antidempinqin formalaşdırılması və tətbiqi qaydalarını tənzimləməlidir. Ancaq komitə sədri qeyd edib ki, bu qanun layihəsi idxalın tam qadağan olunması məqsədi daşımır:

«Bu qanun layihəsindən dünyanın bir çox ölkələrində istifadə olunur. Qanun layihəsində nəzərdə tutulub ki, araşdırma orqanı bazarda müvafiq araşdırma aparacaq. Qanun layihəsinə əsasən, dempinqli idxala qarşı 3 tədbir görüləcək. Antidempinq, kompensasiya və mühafizə tədbirləri. Birinci halda uyğun antidempinq rüsumu tətbiq ediləcək. İkinci halda ölkəyə idxal olunan mallarla yerli məhsullar arasında qiymət pariteti pozulması olsa, kompensasiya tədbirləri görüləcək. Üçüncü halda isə idxal kəskin artdığı, yerli istehsal məhsullarına təzyiqin gücləndiyi müəyyən edildikdə, tədbirlər həyata keçiriləcək».

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Yada salaq ki, dempinq xarici bazarlarda rəqibləri aradan çıxarmaq məqsədilə malların maya dəyərindən və daxili bazardakından daha ucuz satılması deməkdir.

XS
SM
MD
LG